İlya İlin
İlya Aleksandroviç İlin (anadan olub 24 may 1988-ci ildə, Qızılorda, Qazaxıstan SSR) — Qazaxıstan ağır atleti, üç müxtəlif çəki dərəcəsində dördqat dünya çempionu (2005 - 85 kq, 2006 və 2011 - 94 kq-a qədər, 2014 - 105 kq-a qədər), yeniyetmələr arasında iki qat dünya çempionu (2005 - 85 kq-a qədər, 2006 - 94 kq-a qədər) ), 94 kq çəki dərəcəsində (2006 və 2010) iki qat Asiya Oyunlarının çempionu. İki çəki dərəcəsində dörd dünya rekordçusudur (-94 kq; −105 kq).
2008 və 2012-ci illərdə Olimpiya Oyunlarında qızıl medal qazandı, lakin sonra dopinq qəbuluna görə mükafatlarından məhrum olundu. Dörd dəfə dünyanın ən yaxşı ağır atleti kimi tanındı (2005, 2006, 2014, 2015). Qazaxıstan Respublikasının əməkdar idman ustasıdır. Uğurlu çıxışlarına görə "Kurmet" ordeni ilə təltif edildi. İlk məşqçilərindən biri Viloriy Viktoroviç Pak idi.
15 iyun 2016-cı ildə Beynəlxalq Ağır Atletika Federasiyasının qərarı ilə İlyin London Olimpiya Oyunlarında aldığı dopinq testlərinin müsbət nəticələrinə görə müvəqqəti olaraq idman fəaliyyətindən uzaqlaşdırıldı. Nümunədə anabolik steroid preparatlar - stanozolol və dehidroxlormetiltestosteron tapıldı. İyunun 18-də Beynəlxalq Ağır Atletika Federasiyası İlyinin Pekin Olimpiadasındankı dopinq testinin də müsbət olduğunu bildirdi: stanozolol tapıldı.